Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Naxçıvan Bölməsinin əməkdaşları Bəhruz Kəngərli Muzeyində olub
05.10.2020 11:55
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin əməkdaşları Bəhruz Kəngərli Muzeyində olub

AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşları Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki muzeyini ziyarət ediblər.

Mədəniyyət ocağı haqqında məlumat verən muzeyin əməkdaşları  bildirib ki, sözügedən mədəniyyət evi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2001-ci il 22 may tarixli sərəncamı ilə yaradılıb və ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2002-ci il iyun ayının 18-də açılıb.

Qeyd olunub ki, digər mədəniyyət müəssisələri kimi dövlətin diqqət və qayğısı əhatəsində olan muzeydə hazırda 1300-ə yaxın eksponat mühafizə olunur ki, bunların da 61-i orijinal əsərlərdir. Burada Azərbaycan rəssamlıq sənətində öz dəsti-xətti olan, Bəhruz Kəngərli məktəbi yaradan rəssamın şəxsiyyətini tamaşaçılara yaxından tanıtdıran sənədlər, fotoşəkillər, nəsil foto-albomu, istifadə etdiyi şəxsi və məişət əşyaları, o cümlədən müxtəlif illərdə işıq üzü görən kitab və monoqrafiyalar, albom-kataloq və digər eksponatlar nümayiş etdirilir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, estetik zövqünün formalaşmasında böyük rol oynayan mədəniyyət müəssisəsində realist sənətkarın yaradıcılığını hərtərəfli təbliğ etmək üçün tez-tez müxtəlif və rəngarəng tədbirlər həyata keçirilir.

Sonra bölmə əməkdaşları muzeyin ekspozisiyası ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: