Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində Qarabağ xanı Mehdiqulu xana hədiyyə edilmiş bayraq qorunur
06.10.2020 10:26
  • A-
  • A
  • A+

Tarix Muzeyində Qarabağ xanı Mehdiqulu xana hədiyyə edilmiş bayraq qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında müxtəlif tarixi hadisələrin şahidləri olan 93 bayraq qorunur.

Həmin bayraqların sırasında Qarabağ xanı Mehdiqulu xana Rusiya imperatoru I Aleksandr tərəfindən təqdim olunan bayraq xüsusi əhəmiyyət kəsb edir.

Sözügedən bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsindən olan Azərbaycan xanlarını əzəli Azərbaycan ərazisi olan Qarabağın hakimləri kimi tanımalarının maddi sübutudur, bayraq hakimiyyət rəmzi olaraq hədiyyə edilib.

Muzey tərəfindən 2019-cu ildə “Qarabağ xanı Mehdiqulu xanın bayrağı” adlı kitab çap olunub. Nəşrdə muzeyin Silahlar və Bayraqlar fondunda saxlanılan, Qarabağ xanı Mehdiqulu xana Rusiya imperatoru I Aleksandr tərəfindən 1806-cı ildə təqdim olunan bayraq haqqında məlumat verilib. Mənbə və ədəbiyyat əsasında bayrağın təqdim edildiyi tarixi şərait və təsviri şərh edilir. Kitabın müəllifi dosent Səbuhi Əhmədov, elmi redaktoru akademik Nailə Vəlixanlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: