Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.10.2020 14:25
  • A-
  • A
  • A+

“Nizami Gəncəvi və Şota Rustaveli” layihəsinin yekunları müzakirə olunub

“Nizami Gəncəvi və Şota Rustaveli” layihəsinin yekunları müzakirə olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu və Kembric Universitetinin birgə həyata keçirdiyi “Nizami Gəncəvi və Şota Rustaveli” beynəlxalq layihəsinin yekunları barədə müzakirələr aparılıb.

Üç ildir davam edən layihə və proqramda Ədəbiyyat İnstitutunu AMEA-nın birinci vitse-prezidenti, müəssisənin direktoru, akademik İsa HəbibbəyliNizamişünaslıq şöbəsinin əməkdaşları təmsil edirlər.

Onlayn keçirilən iclasda çıxış edən akademik İsa Həbibbəyli layihə üzrə görülən işlər barədə məlumat verib. O, Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin son illərdə inkişaf etdiyini vurğulayıb, Nizami Gəncəvi və Şota Rustavelini Qafqaz renessansının baniləri adlandırıb. Akademik Qərb və Şərq renessansı ilə bərabər, Qafqaz renessansının da mövcud olduğunu və Azərbaycandan Xaqani Şirvani, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Gürcüstandan isə Şota Rustavelinin bu böyük hərəkatın əsas yaradıcıları olduğunu nəzərə çatdırıb.

İclasda çıxış edən Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyeva Azərbaycan-Gürcüstan ədəbi əlaqələrindən, həmçinin Gürcüstanda nizamişünaslığın inkişafından danışıb. O qeyd edib ki, akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı tədqiqatı ilə yanaşı, Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı və şöbənin digər əmədaşları layihədə üzərlərinə düşən mövzuları tamamlayaraq təqdim ediblər.

Tədbirdə layihənin Gürcüstan tərəfindən icraçıları professor İrma Ratiani, Gürcü ədəbiyatı İnstitutunun direktoru, professor Maka Elbakidze və sözügedən qurumun əməkdaşları, Kembric Universitetinin professoru Çarlz Melvil, Firuzə Melvil və digərləri layihənin icrası istiqamətində öz qənaətlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: