Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

22.10.2020 10:15
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinə Qarabağ hadisələrini əks etdirən rəsm əsərləri təqdim olunub

Milli Azərbaycan Tarixi Muzeyinə Qarabağ hadisələrini əks etdirən rəsm əsərləri təqdim olunub

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, istedadlı rəssam Vüqar Əli igid döyüşçülərimizin qəhrəmanlığına, saxta erməni təbliğatının ifşasına dair bir sıra əsərlər yaradıb. Müəllif Qarabağ hadisələri və vətənpərvərlik mövzularında ərsəyə gətirdiyi əsərlərini Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib.

Bildirilib ki, Vüqar Əlinin təqdim etdiyi “Şuşa”, “Qarabağın şanlı tarixi”, “Torpaq Vətəndir!” adlı rəsm əsərləri gənc nəsildə vətənpərvərlik tərbiyəsinin inkişafında əhəmiyyətə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: