Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunan konfrans keçirilib
26.10.2020 16:23
  • A-
  • A
  • A+

Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunan konfrans keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunan “Nəriman Nərimanovun mənəvi irsində millilik və bəşərilik: çağdaş yanaşmalar” mövzusunda onlayn respublika elmi konfransı keçirilib.

Tədbiri müəssisənin direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq Nəriman Nərimanovun elmi və siyasi fəaliyyətinə toxunub, onun Azərbaycan tarixində vacib yer tutduğunu bildirib: “Biz filosoflar mövzuya tarixi yaddaş anlayışından yanaşsaq görərik ki, burada Nəriman Nərimanovun xüsusi rolu olub. Qeyd edim ki, siyasi şəxsiyyətlərsiz tarixi yaddaş olmur. Çünki tarixi yaddaş bir prosesdir və bu prosesdə filosoflar da iştirak etməlidirlər. N.Nərimanovun irsi bizə imkan verir ki, onun milli-ideoloji fəaliyyətini fəlsəfi baxımdan dövrün şərtlərinə uyğun olaraq obyektiv təhlil edib araşdıraq.”

Sonra institutun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətlinin “Nəriman Nərimanovun siyasi və dövlətçilik fəaliyyəti”, f.e.d., Arzu Hacıyevanın “Din fenomenini dərkin Nərimanov təcrübəsi”, f.ü.f.d. Rəşad Əsgərovun “Nəriman Nərimanovun tərəqqi və azadlıq haqqında baxışları”, f.ü.f.d., Faiq Ələkbərovun “Nəriman Nərimanovun dünya görüşündə beynəlmiləlçilik və millilik” və Nəriman Nərimanovun xatirə muzeyinin kiçik elmi işçisi Ləman Hüseynovanın “Nəriman Nərimanovun fəlsəfi-antropoloji fikirləri” mövzusunda məruzələri dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: