Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Gənc antropoloq magistrantların seminar  məşğələləri davam edir
27.10.2020 14:58
  • A-
  • A
  • A+

Gənc antropoloq magistrantların seminar məşğələləri davam edir

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstititunda bu il magistraturaya qəbul olmuş magistrantların tədris proqramına uyğun olaraq Mədəni antropologiya ixtisası üzrə seminar məşğələləri davam edir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya mərkəzinin rəhbəri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli tərəfindən I kurs magistrantlara “Antropologiyanın əsasları” mövzusu üzrə seminar məşğələsi aparılır. Məşğələdə professor Ə.Məmmədli magistrantları antropologiya elminin mahiyyəti, antropologiyanın tədqiqat obyekti və metodları, klassik və müasir antropologiyada cərəyanlar və antropologiya elminin əsaslarını təşkil edən baza bilikləri ilə tanış edir.

İnstitutun magistrantlarının elmi seminarları bu ilin sonuna qədər müxtəlif mövzular üzrə davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: