Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alim Qarabağ həqiqətlərini dünyaya çatdırmaqda davam edir
28.10.2020 12:17
  • A-
  • A
  • A+

Şərqşünas alim Qarabağ həqiqətlərini dünyaya çatdırmaqda davam edir

AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Samid Bağırov oktyabr ayının 25 və 26-da bır sıra ərəbdilli telekanallara Qarabağla bağlı müsahibə verib.

25 oktyabrda İranın tanınmış ərəbdilli telekanalı əl-Aləmə müsahibə verən Samid Bağırov Ermənistan tərəfindən işğal edilmiş ərazilərin boşaldılması ilə bağlı beynəlxalq qərarlar, bu qərarların indiyə qədər icra olunmadığı və ordumuzun əks həmləsi haqda məlumat verib.

Alim növbəti gün isə İraqın əl-Afaq telekanalına verdiyi müsahibədə üçüncü atəşkəs rejiminin də Ermənistan tərəfindən pozulduğunu, beynəlxalq vasitəçilərin Ermənistana təzyiq göstərmədiyini, Azərbaycan Ordusunun Ermənistanın işğalına cavab olaraq legitim hüquqlarını bərpa etmək üçün əks həmlə həyata keçirdiyini ərəbdilli ictimaiyyətin diqqətinə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: