Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Misir mətbuatında ölkəmizin həqiqətlərindən bəhs edən məqalə işıq üzü görüb
28.10.2020 17:06
  • A-
  • A
  • A+

Misir mətbuatında ölkəmizin həqiqətlərindən bəhs edən məqalə işıq üzü görüb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zöhrə Əliyevanın Misir Ərəb Respublikasının “Əl Diplomacy” saytında “Mən müharibələrə nifrət edirəm” adlı məqaləsi dərc olunub. 

Məqalədə Dağlıq Qarabağın Azərbaycana məxsus olmasının bütün dünya tərəfindən tanındığından bəhs edilir. Eyni zamanda məqalədə tək Dağlıq Qarabağın deyil, o cümlədən onun ətrafında yerləşən daha 7 rayonun da işğala məruz qaldığı,  Ermənistanın hətta bu ərazilərə də iddialı olduğu əksini tapıb. Qeyd olunub ki, bu gün müharibə Ermənistan ərazisində yox, bizim öz torpaqlarımızda aparılır və bu, azadlıq mücadiləsi, vətən müharibəsidir.

İşğal edilmiş ərazilərin dərhal və qeyd-şərtsiz azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bu günə kimi icra edilməməsi də misirli oxuculara təqdim olunur. Həmçinin ermənilərin cəmi 2 əsr öncə, rus imperiyası tərəfindən Qafqaza köçürülməsindən və döyüş meydanında uduzan ermənilərin  mülki şəxslərə qarşı qətliamından bəhs edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: