www.science.az
19.11.2020 12:07

MEK-də Azərbaycan xalçalarının virtual sərgisi təşkil olunub

Azərbaycan xalçalarının YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi ilə bağlı AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) virtual sərgi təşkil olunub.

Sərgidə “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” (Həbibbəyli İ., Muradov V.), “Naxçıvan xalçaçıları” (Muradov V.), “Xalça sənətində haşiyə elementləri və onların quruluşu” (Hüseynov M.), “Azərbaycan multikulturalizmi”, “Azərbaycan xalçaları: Təbriz qrupu”, “Azərbaycan xalçası ensiklopediyası”, “Boyaqçılıq” (Qasımov M., Muradov V.), “Azərxalça”, “Azərbaycan xalçaları: Qarabağ qrupu” (Muradov V.), “Qazax-Borçalı bölgəsinin xalçaları” (Muradov V.), “Qarabağ bölgəsinin xalçaçılıq tarixi” (Muradov V.), “Azərbaycan xalçası” (R. Tağıyeva), “Azərbaycan xalçaçılıq sənəti” (Muradov V.),  “Azərbaycan xalçaları qrupu”, “Pazırık xalısı: Rəmzlər dünyası” (M. Hüseynov), “Ковры Туркменский ССР”, “Kamil Əliyevin xalça dünyası” və bu kimi başqa xalçaçılıq sənətinin tarixini və incəliklərini əks etdirən kitablar təqdim olunur.

Qeyd edək ki, 2010-cu ildən bu siyahıya daxil edilən Azərbaycan xalçaları dekorativ tətbiqi sənətin nadir incilərindən sayılır və öz qədimliyi ilə seçilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.