Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim beynəlxalq konfransın elmi komitəsinin üzvü seçilib
20.11.2020 14:35
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq konfransın elmi komitəsinin üzvü seçilib

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev Robotika və süni intellekt üzrə 4-cü beynəlxalq birgə konfransın (4th International Joint Conference on Robotics and Artificial Intelligence – JCRAI 2021) elmi komitəsinin üzvü seçilib.

28-30 avqust 2021-ci il tarixlərində Çinin Qingdao şəhərində keçiriləcək konfransın əsas istiqamətlərinə süni intellekt (agent və multi-agent sistemlər, ekspert sistemlər, qeyri-səlis məntiq, neyroşəbəkələr və s.), maşın görməsi (əlavə reallıq, bioinformatika, insan-kompüter qarşılıqlı əlaqəsi və s.), robotika (köməkçi, avtonom, mobil robotlar və s.), Data Science, “ağıllı” şəhərlər, təhlükəsizlik üçün Big data analitikası, biometriya, maşın təlimi və s. daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: