Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Botanika İnstitutunun gənc mütəxəssisi beynəlxalq vebinarda iştirak edib
24.11.2020 11:42
  • A-
  • A
  • A+

Botanika İnstitutunun gənc mütəxəssisi beynəlxalq vebinarda iştirak edib

AMEA-nın Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalova COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən təşkil olunan "İslam dünyasında əlverişli biosimilyar və yeni bitki mənşəli dərmanların istehsal imkanları” adlı vebinarda iştirak edib.

Təşkil edilmiş vebinarın məruzəçisi Dünya Elmlər Akademiyasının tədqiqatçısı, Prof. Dr. Ahmed Abdullah Azad olub. Tədqiqatçı öz çıxışında İslam ölkələrinin əməkdaşlıq edə biləcəyi çoxperspektivli sahələrə (dərman kəşfi və təkmilləşdirilməsi) nəzər salıb və İslam ölkələrində geniş istifadə olunan generik (yeni aşağı molekul kütləvi dərman vasitələrinin dəqiq sintetik nüsxələri) dərman vasitələri haqda geniş məlumat verib. Bundan başqa, məruzəçi İslam İnkişaf Bankı tərəfindən dəstəklənən COMSTECH-in İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə dünya səviyyəli biomolekulyar tədqiqatların aparılmasında dəstək verə biləcəyini söyləyib.

Vebinarın sonunda Aydan Zeynalova COMSTECH-in ümumi koordinatoru, Prof. Dr. M.İqbal Choudhary tərəfindən sertifikata layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: