Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Dendrologiya İnstitutunun cari ildəki elmi və elmi-təşkilati fəaliyyəti müzakirə olunub
24.11.2020 17:43
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun cari ildəki elmi və elmi-təşkilati fəaliyyəti müzakirə olunub

AMEA-nın Dendrologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclas müəssisənin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunub.

İnstitutun laboratoriya və şöbələrinin il ərzində apardıqları elmi-tədqiqat işləri, beynəlxalq konfrans və seminarlarda iştirakı, əldə etdikləri mühüm nəticələr şura üzvlərinin diqqətinə çatdırılıb.

Qurumun Dendroxronologiya laboratoriyasının müdiri, b.ü.f.d. Samirə Bağırova, Bəzək memarlığı laboratoriyasının müdiri, b.ü.f.d., dosent Şəlalə Gülməmmədova, Efir yağlı bitkilər laboratoriyasının müdiri, b.e.d. Zümrüd Məmmədova, Bitki ekologiyası laboratoriyasının müdiri, b.ü.f.d., dosent Hüseynağa Əsədov, Herbari və toxumçuluq laboratoriyasının müdiri, b.ü.f.d., dosent Minarə Həsənova, Bitkilərin introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının müdiri, b.ü.f.d., Vüsalə Nərimanova, Sistematika laboratoriyasının müdiri, professor Əliyar İbrahimov, Bitkilərin mühafizəsi laboratoriyasının müdiri, a.e.f.d. Şaməddin Qəhrəmanov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri R.Xəlilov hesabat məruzələri ətrafında şura üzvlərinin suallarını cavablandırıblar.

Sonda institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov növbəti ildə görülməsi nəzərdə tutulan perspektiv elmi işlər haqqında tövsiyə və təkliflərini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: