Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Membran zülalların C4 bitkilərin metabolizmində mümkün rolu göstərilib
27.11.2020 10:27
  • A-
  • A
  • A+

Membran zülalların C4 bitkilərin metabolizmində mümkün rolu göstərilib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "C4 bitkilərin metabolizmində və inkişafında rol oynayan yeni membran zülalları" mövzusunda onlayn elmi seminar keçirilib.

Tədbirdə sözügedən mövzu üzrə məruzəni təqdim edən müəssisənin Hüceyrənin membran sistemləri laboratoriyasının elmi işçisi Nahidə Əliyeva yüksək ayırıcı qabiliyyətə malik ikiölçülü gel elektrofarez metodu ilə C4 bitkilərdə aşkar edilən yeni 37 membran zülalları haqqında məlumat verib. Alim bu zülalların C4 bitkilərin (NADF-ME, NAD-ME və FEP-KK subtiplər) metabolizmində mümkün rolunu göstərib.

Eyni zamanda bioinformatikanın proqnozlarını xarakterizə etməklə ən son elmi məlumatları nəzərə çatdırıb, seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: