Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Gənc alimin məqalələri yüksək impakt faktorlu jurnallarda dərc edilib
03.12.2020 12:43
  • A-
  • A
  • A+

Gənc alimin məqalələri yüksək impakt faktorlu jurnallarda dərc edilib

AMEA-nın Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının kiçik elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Fuad Rzayevin elmi fəaliyyətinin nəticəsi olaraq 2020-ci ildə beynəlxalq indeksləmə və xülasələmə sistemlərinə (Web of Science, Scopus) daxil olan yüksək impakt faktorlu jurnallarda məqalələri dərc edilib.

F.Rzayevin əsas tədqiqat istiqaməti müasir işıq və elektron mikroskopik üsulların köməyi ilə helmintlərin ultrastrukturu və nanohissəciklərin ekosistemin komponentlərində və onların təsirindən hüceyrə və orqanellərdə baş verən patomorfoloji dəyişikliklərin öyrənilməsidir.

Tədqiqatçı hazırda “Azərbaycanda ev su quşlarının helmintləri ekologiya, elektron mikroskopik tədqiqi, nanohissəciklərin istifadəsi” mövzusunda doktorluq işi üzərində çalışır.

Qeyd edək ki, F.Rzayevin bu günə kimi 67-si məqalə olmaqla 105 elmi əsəri çap olunub. Bunlardan 45-i xaricdə, 24-ü isə müxtəlif beynəlxalq indeksləmə və xülasələmə sistemlərinə daxil olan jurnallarda dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: