Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan Respublikasının elm və təhsil müəssisələrində və digər qurumlarda fəaliyyət göstərən nizamişünas alimlər
20.09.2021 14:33
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının elm və təhsil müəssisələrində və digər qurumlarda fəaliyyət göstərən nizamişünas alimlər

I. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 

1. Nüşabə Araslı, AMEA-nın müxbir üzvü

Nüşabə Araslı. Nizami və türk ədəbiyyatı. Bakı, Elm, 1980.

Nüşabə Araslı. Nizaminin poetikası. Bakı, Elm, 2004.

“Nizami və türk ədəbiyyatı” mövzusu üzrə doktorluq dissertasiyası müdafiə edib.

Nüşabə Araslı. Nizami və türk ədəbiyyatı (rus dilində). Bakı, "Elm və təhsil", 2021.

2. İmamverdi Həmidov, filologiya elmləri doktoru, professor

İmamverdi Həmidov . “Əbubəkr Validinin Məcnun haqqında xəbərlər və onun şeirləri” əsəri. Bakı, Elm, 1999.

3. Çingiz Sadıqoğlu, filologiya üzrə fəlsəfə doktoru, dosent

Çingiz Sadıqoğlu. Nizaminin “Leyli və Məcnun” poeması. Bakı, 1985.

“Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edib.

4. Zəhra Allahverdiyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent

Allahverdiyeva Zəhra. Azərbaycanda nizamişünaslığın təşəkkülü və inkişafı (XX əsrin 40-cı illəri). Bakı, Nurlan, 2007.

Allahverdiyeva Zəhra. Orta əsrlər “Xəmsə” poetik üslubunda türk sözləri. Bakı, Elm və təhsil, 2012.

Аллахвердиева Захра. Низами Гянджеви: История изучения и литературное влияние великого Азербайджанского поэта. Баку, Элм ве Техсил, 2019.

“Azərbaycanda nizamişünaslığın təşəkkülü və inkişafı (XX əsrin 40-cı illəri)” mövzusu üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.

“Xəmsə”nin mövzusu, üslubu, strukturu və poetikası” mövzusunda elmlər doktorluq dissertasiyası hazırdır.

5. Vəfa Hacıyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent

Вафа Гаджиева. Ономастическое пространство поэмы «Искен­дернаме» Низами Гянджеви. Баку, Элм, 2004.

Вафа Гаджиева. Типология поэтико-стилистических функций имен собственных в творчестве Низами Гянджеви. Баку, Элм, 2010.

“Nizami Gəncəvinin “İskəndərnamə” əsərinin onomastik vahidləri” mövzusunda üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.

“Xəmsə”nin onomostikası üzrə üslubi-poetik xüsusiyyətləri” mövzusunda elmlər doktorluq dissertasiyası hazırdır.

6. Siracəddin Hacı, filologiya üzrə fəlsəfə doktoru, dosent

Siracəddin Hacı. Həzrət Nizami Gəncəvinin yaradıcılığında pey­ğəm­bərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s.). I kitab. Bakı, Nafta-Press, 2006.

Siracəddin Hacı. Həzrət Nizami Gəncəvinin yaradıcılığında pey­ğəm­bərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s.). II kitab. Bakı, Nafta-Press, 2008.

Siracəddin Hacı. Həzrət Nizami Gəncəvinin yaradıcılığında pey­ğəm­bərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s.). III kitab. Bakı, Nafta-Press, 2009.

Siracəddin Hacı. Həzrət Nizami Gəncəvinin yaradıcılığında pey­ğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s.). IV  kitab. Bakı, Nafta-Press, 2010.

Siracəddin Hacı. Həzrət Nizami Gəncəviyə görə, insan qəlbinin həqiqətləri. V kitab. Bakı, Nafta-Press, 2012.

Siracəddin Hacı. Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” das­ta­nındakı ilk dörd məqalənin şərhi. VI kitab. Bakı, Nafta-Press, 2013.

Siracəddin Hacı. Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” dastanındakı V‑IX məqalələrin şərhi. VII kitab. Bakı, Nafta-Press, 2014.

Siracəddin Hacı. Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” das­tanının şərhi (X-XIII məqalələr). VIII kitab. Bakı, Nafta-Press, 2015.

Siracəddin Hacı. Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” insan­lığın ana yasasıdır. Bakı, Nurlar, 2015.

Siracəddin Hacı. Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi”məsnəvisinin şərhi (XIV-XVII məqalələr). IX kitab. Bakı, Nafta-Press, 2016.

Siracəddin Hacı. Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi”məsnəvisinin şərhi (XVIII-XX məqalələr, kitabın sonu, mədhiyyələr, kitabın yazılma səbəbi, söz, mənzum sözün mənsur sözdən üstünlüyü, tövhid, münacatlar). X kitab. Bakı, Nafta-Press, 2017.

Siracəddin Hacı. Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisinin şərhi. 1-ci kitab. Bakı, 2019.

“Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının ideya-bədii xüsusiyyətləri” elmlər doktorluğu üzrə dissertasiya mövzusu müdafiəyə hazırlanır.

7. Xanəli Babayev, filologiya üzrə fəlsəfə doktoru, dosent

Xanəli Babayev. Nizaminin “Xəmsə”sində Quran ayələri və qissə motivləri. Bakı, Elm, 1999.

“Nizami “Xəmsə”sində “Quran” ayələri və qissə motivləri” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edib.

8. Yelena Teyer, filologiya üzrə fəlsəfə doktoru, dosent

Теер Елена Михайловна. Низами Гянджеви в польских иссле­дованиях и переводах.  Баку, Элм ве техсил, 2012.

Теер Елена Михайловна . «Изучение и переводы произведений Низами Гянджеви в Польше (из истории изучения творчества Низами в Европе)», Palmarium Academic Publishing, GmbH, Germany, 2017, 92 s.

«Низами Гянджеви в польских иссле­дованиях и переводах» - mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edib.

9. Xədicə İsgəndərli, filologiya üzrə fəlsəfə doktoru, dosent

Xədicə İsgəndərli. Nizami və türklük. Bakı, Elm, 2004

“Nizami və türklük” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edib.

10. Təhminə Bədəlova, filologiya üzrə fəlsəfə doktoru, dosent

Təhminə Bədəlova. Nizami Gəncəvi və “Kəlilə və Dimnə” motivləri. Bakı, Elm və təhsil, 2019.

Axundov Mirzə Məhəmməd. Şeyx Nizami (tərtib edən: Təhminə Bədə­lova). Bakı, Elm və təhsil, 2016.

“Nizami Gəncəvinin “Sirlər xəzinəsi” məsnəvisi və dünya ədəbiyyatı” mövzusunda elmlər doktorluğu dissertasiyası üzərində işləyir.

11. Gülçin Babayeva, filologiya üzrə fəlsəfə doktoru

Gülçin Babayeva. Nizami İran ədəbiyyatşünaslığında (tədqiqlər, elmi-tənqidi mətnlər və tərcümələr). Bakı, 2012.

“Nizami İran ədəbiyyatşünaslığında” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edib.

12. Xuraman Hümmətova, filologiya üzrə fəlsəfə doktoru, dosent

Xuraman Hümmətova. Nizami Gəncəvi və ezoterizm. Bakı, Elm və təhsil, 2020.

13. Hürnisə Bəşirova, elmi işçi

“Nizami Gəncəvi irsində Azərbaycançılıq” mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya üzərində işləyir.

14. Samirə Əliyeva,  elmi işçi

“Fəxrəddin Yaqub İbn Məhəmməd Fəxrinin “Xosrov və Şirin” tərcüməsində obrazlılıq və bədiilik” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyir.

II. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

1. Teymur Kərimli, AMEA-nın həqiqi üzvü

Teymur Kərimli. Nizami və tarix. Bakı: Elm, 2002, 244 s.

“Nizami yaradıcılığında tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

“Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

2. Əzizağa Nəcəfzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent

Əzizağa Nəcəfzadə. Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında, Bakı, Elm və təhsil, 2019, 222 s.

“Nizami Gəncəvi yaradıcılığı klassik türk ənənələri kontekstində” mövzusunda doktorluq dissertasiyası müdafiəyə hazırdır.

3. Kamil Allahyarov, filologiya elmləri doktoru, professor

Рукописи произведений Низами Гянджеви в мировых хранилищах. (Джахангир Каграманов (научный редактор), Камиль Аллахяров. АН Азерб.ССР, Институт рукописей. Баку, Элм, 1987)

III. AMEA Folklor İnstitutu

1. Seyfəddin Rzasoy, filologiya elmləri doktoru, professor

Seyfəddin Rzasoy. Nizami poeziyası: mif-tarix konteksti. Bakı, Ağrıdağ, 2003, 212 s.

“Nizami “Yeddi gözəl”i mətnində dünya modeli və onun mifoloji qurumu” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

2. Ramazan Qafarlı, filologiya elmləri doktoru, professor

Рамазан Кафарлы. Философия любви на Древнем Востоке и Низами. Санкт-Петербург, Лейла, 2001

IV. AMEA Nəsimi adına Dilçilik İnstitutu

1. Kübra Quliyeva. Nizami Gəncəvinin söz xəzinəsindən: «Xəmsə»də işlənmiş kosmonimlər. Bakı, «Elm və təhsil», 2021, 208 səh.

V. AMEA Fəlsəfə və Sosiologiya İnstitutu

1. Zümrüd Quluzadə, fəlsəfə elmləri doktoru, professor

Зумруд Кулизаде. Теоретические проблемы истории культуры Востока и низамиведение. - Баку, 1987.

VI. Mərkəzi Elmi Kitabxana

1. Nizami Gəncəvi irsinin kitabxanada təbliği (tərtib edəni Səyyarə Məmmədova, elmi redaktoru Məmməd Əliyev). Bakı.

VII. AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

1. Şəfəq Əlibəyli. Nizami “Xəmsə”sində akustik obrazlar (linqvopoetik təhlil). Bakı, 2021

VIII. AMEA Gəncə Bölməsi

1. Xəlil Yusifli, filologiya elmləri doktoru, professor

Xəlil Yusifli. Nizaminin lirikası, Bakı, Azərbaycan SSR Elmlər Akademiyası, 1968, 272 s.

Xəlil Yusifli. Nizami Gəncəvi  və Şərq intibahı, Bakı, Yazıçı, 1982, 197 s.

Xəlil Yusifli. Nizami Gəncəvi: sələflər və xələflər. Bakı, Adiloğlu, 2011, 480 s.

“Nizaminin lirikası” mövzusunda namizədlik dissertasiyası,

“Nizami Gəncəvi və Şərq İntibahı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

2. Aləmzar Tağıyeva, pedaqogika üzrə fəlsəfə doktoru

“Nizami Gəncəvinin həyat və yaradıcılığının innovativ istiqamətdə öyrənilməsi” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir

Qəzənfər Əliyev. Nizami mövzu və süjetləri Şərq xalqları ədəbiyyatında (rus dilindən tərcümə edən: pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Aləmzar Tağıyeva).

Поэзия и время (Мехсети, Низами, Вазех), (составитель: Аламзар Тагиева, Самир Самедов). Гянджа, 2020.

3. Əlimuxtar Muxtarov, filologiya üzrə fəlsəfə doktoru

“Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazı” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.

4. Leyla Kərimova, elmi işçi

“Xəmsədə hökmdar tiplərinin tarixi gerçəkliyi və onların Nizami məfkurəsinə uyğun inteqrasiyası” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyir.

IX. Bakı Dövlət Universiteti

1. Mehdi Kazımov, filologiya elmləri doktoru, professor

Мехти Кязимов. «Хафт пейкар» Низами и традиция назире в персоязычной литературе XIV-XVI вв. Баку,1987.

Mehdi Kazımov. Nizaminin ardıcılları. Bakı, 1991.

“Nizami Gəncəvinin “Yeddi gözəl” və Əmir Xosrov Dəhləvinin “Səkkiz cənnət bağı” poemalarının müqayisəli təhlili” mövzusunda namizədlik,

“XVI-XVII əsrlər farsdilli şairlərin “Xəmsə”lərində normativlik və yaradıcılıq fərdiyyəti” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

XI. Bakı Slavyan Universiteti

1. Məmməd Qocayev, filologiya elmləri doktoru, professor

Məmməd Qocayev. Nizaminin insan fəlsəfəsi. Bakı, 1997.

2. İbrahim Quliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent

“Nizami Gəncəvi yaradıcılığında “Avesta” motivləri” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.

XII. Gəncə Dövlət Universiteti

1. Cahan Ağamirov, filologiya üzrə fəlsəfə doktoru, dosent

Cahan Ağamirov. Nizamidə işlənən türk sözləri və zərbi-məsəllər. Bakı, Lider, 2003

“Nizami İran ədəbiyyatşünaslığında” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edib.

XIII. ADA Universiteti

İlahə Hacıyeva, filologiya üzrə fəlsəfə doktoru

“Anadilli “Xəmsə” ənənəsində qəriblərə riayət və istisnalar” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.

XIV. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Ramiz Əkbərov, tibb üzrə fəlsəfə doktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

Ramiz Əkbərov. Nizami Gəncəvinin tibbi-fəlsəfi və sosial-ekoloji görüşləri. Bakı, Mütərcim, 2004, 176 səh.

Ramiz Əkbərov. Nizami Gəncəvinin fəlsəfi-didaktik görüşləri. Bakı, Mütərcim, 2008, 336 səh.

“Nizami Gəncəvinin tibbi-fəlsəfi və sosial-ekoloji görüşləri” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.

XV. Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutu (Moskva)

1. Abuzər Bağırov, filologiya elmləri doktoru, professor

Abuzər Bağırov. Y.E.Bertels və Azərbaycan ədəbiyyatı.  Bakı, 2007, 132 s.

P.S. Nizamişünaslıq sahəsində fəaliyyət göstərən və adı bu siyahıda olmayan tədqiqatçılardan xahiş olunur ki, özləri haqqında məlumatları yuxarıdakı qaydaya uyğun şəkildə yazıb, bizə göndərsinlər.

Əlaqə telefonu: (+994 55) 639 22 04 (Aygün Bağırlı)

AMEA Humanitar və İctimai Elmlər Bölməsi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: