www.science.az
12.01.2021 14:12

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda magistrantların qış imtahan sessiyası davam edir

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyası davam edir.

“Ekoloji monitoriq və ekspertiza”, “Ekoloji kənd təsərrüfatının əsasları” ixtisas fənləri üzrə onlayn formada imtahanlar təşkil edilib. “Torpaqşünaslıq” və “Aqrokimya” ixtisasları üzrə II kursda təhsil alan magistrantlar Fəridə Süleymanova və Dəyanət Baxışov imtahanlarda iştirak ediblər. Fənn müəllimləri - b.e.d., professor Sara Məmmədova və a.e.f.d., dosent Hasil Bağırov imtahanın nəticələrini yüksək qiymətləndiriblər.

İmtahan prosesində AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdir mavini Ramin Həsənov və institutun Təhsil Şöbəsinin müdiri, c.ü.f.d., dosent Fərrux Xəlilov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.