Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Folklorşünas alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi Türkiyə mediasında
21.01.2021 14:55
  • A-
  • A
  • A+

Folklorşünas alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi Türkiyə mediasında

AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadənin 20 yanvar soyqırımı haqqında Türkiyənin “Kafkassam.com” saytında yeni məqaləsi yayımlanıb.

Müəllif öz məqaləsində 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının başına gəlmiş qanlı olaydan ətraflı şəkildə bəhs edib. O həmin gecə  milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulmasını, yüzlərlə günahsız insanın qətlə yetirilməsini totalitar sovet rejiminin cinayətkar mahiyyəti ilə əlaqələndirib.

A.İslamzadə  sözügedən yazısında 20 Yanvar faciəsini Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərən bir hadisə olduğunu vurğulayıb. Bundan əlavə müəllif 1990-cı ilin Qanlı yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini və bu epoxal hadisənin Azərbaycan xalqının milli kimliyinin formalaşmasında həlledici rol olynadığını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: