Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxanaya yeni elmi-tədqiqat nəşrləri daxil olub
22.01.2021 11:35
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanaya yeni elmi-tədqiqat nəşrləri daxil olub

Beynəlxalq kitab mübadiləsi çərçivəsində müxtəlif elmi təşkilatlardan AMEA-nın Mərkəzi Elmi Kitabxanasına 22 adda yeni elmi-tədqiqat jurnalları və kitablar daxil olub.

Xarici dillərdə olan bu nəşrlərdən Tokio Universitetinin "Journal of Mathematical Sciences", Hiroşima Universitetinin "Hiroshima Mathematical Journal", Belarus Milli Elmlər Akademiyasının "Весцı", qazaxıstanlı alim Umirzak Sultanqazin haqqında bioqrafik oçerk "Умирзак Султангазин. Биографический очерк", Türkiyə Dəyanət Vəqfi İslam Araşdırmaları Mərkəzindən "İslam Araştırmaları Dergisi", "İslam Bülteni 2019", Bavariya Dövlət Zoologiya İnstitutunun "SPIXIANA. Zeitschrift für Zoologie", Kioto Universitetinin nəzdində olan Riyaziyyat Elmlərinin Elmi-Tədqiqat İnstitutunun "Publications of the Research Institute for Mathematical Sciences" və digərlərini göstərmək olar.

Qeyd edək ki, MEK dünyanın 35 ölkəsinin elmlər akademiyaları, universitetləri, cəmiyyətləri, muzeyləri və s. ilə beynəlxalq kitab mübadiləsi aparır. Bu təşkilatlar arasında ABŞ-ın Miçiqan Universiteti, Kaliforniya Universiteti, Böyük Britaniyanın Edinburq Milli Kitabxanası, Kral Asiya Cəmiyyəti, Yaponiya Milli Kitabxanası, Yaponiya Akademiyası, Çin Milli Kitabxanası, Fransanın Milli Kitabxanası, Rusiya, Belarus, Ukrayna, Norveç, Qazaxıstan, İran, Misir Milli kitabxanaları, Türk Tarix Qurumu Kitabxanası və başqalarını sadalamaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: