AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan “ASOS indeks” sisteminə daxil edilib. “ASOS indeks” Türkiyədə fəaliyyət göstərən və 1500-dən çox jurnalın daxil olduğu tam mətn, bu mətnlərdəki istinad edənlə istinad edilən arasında əlaqəni təmin edən bir bazadır.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəylinin baş redaktoru olduğu “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalında dünya, o cümlədən türk xalqlarının ədəbiyyatlarının qarşılıqlı müqayisəli təhlili istiqamətində elmi məqalələr çap olunur. Jurnal bundan öncə beynəlxalq “Index Copernicus” baza sistemində də indekslənməyə başlayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.