Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim nüfuzlu jurnalın redaksiya heyətinə üzv seçilib
22.01.2021 18:01
  • A-
  • A
  • A+

Azərbaycanlı alim nüfuzlu jurnalın redaksiya heyətinə üzv seçilib

AMEA-nın Fizika İnstitutunun Spektroskopik ellipsometriya laboratoriyasının rəhbəri, akademik Nazim Məmmədov nüfuzlu jurnallardan olan Rəcəb Tayyib Ərdoğan Universitetinin “Fən və Mühəndislik Bilimləri” jurnalının beynəlxalq tərkibli redaksiya heyətinə üzv seçilib. Redaksiya heyəti üzvləri arasında ABŞ, Kanada, İspaniya və digər ölkələrdən olan alimlər yer alıb.

Qeyd edək ki, sözügedən jurnal ildə iki dəfə (iyun və dekabr aylarında) türk və ingilis dillərində həm çap, həm də elektron formatda nəşr olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: