Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyasının III cildi işıq üzü görüb
27.01.2021 17:30
  • A-
  • A
  • A+

“Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyasının III cildi işıq üzü görüb

AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” çoxcildliyinin III cildi işıq üzü görüb.

Monoqrafiyada dahi şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş bir sıra tədqiqatlar, publisistik yazılar geniş elmi-nəzəri təhlilə cəlb edilib. Kitabda Hüseyn Cavid bəraət aldıqdan sonra, yəni  ötən əsrin 50-ci ilərindən başlayaraq günümüzədək ədibin ictimai-fəlsəfi görüşləri, yaradıcılığının özünəməxsus xüsusiyyətləri, ictimai-siyasi, tarixi mövzularda yazdığı əsərləri, türkçülük və turançılıqla bağlı fikirləri, qadın azadlığı uğrunda ədəbi mübarizəsi, yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, əsərlərinin dili və üslubu ilə bağlı aparılmış müxtəlif araşdırmalar müasir ədəbiyyatşünaslıq müstəvisində nəzərdən keçirilib.

Qeyd edək ki, monoqrafiyanın elmi redaktorları AMEA-nın vitse-prezidenti, akademik İsa HəbibbəyliMəhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: