www.science.az
22.02.2021 18:14

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda doktorantların attestasiyası keçirilib

Fevralın 22-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı proqramı üzrə doktorantların onlayn attestasiyası keçirilib.

AMEA-nın vitse-prezidenti, müəssisənin direktoru, akademik İradə Hüseynovanın 8 fevral 2021-ci il tarixli əmri ilə yaradılmış Attestasiya Komissiyası qarşısında doktorantlar ötən il ərzində yerinə yetirdikləri araşdırmalar haqqında hesabat verib, həmçinin onların fərdi iş planlarında nəzərdə tutulmuş işləri, konfrans və təcrübələrdə iştirakları, nəşr fəaliyyətləri müzakirə edilib. Attestasiya Komissiyası tərəfindən fərdi iş planlarında nəzərdə tutulan işlər tam yerinə yetirildiyindən doktorantların növbəti tədris ilində təhsillərini davam etdirməsi qərara alınıb.

Eyni zamanda institutun təhsil müddətini başa vurmuş doktorantları da komissiya qarşısında dissertasiya işlərinin cari vəziyyəti haqda məruzə ediblər. Komissiyanın sədri, akademik İradə Hüseynova və üzvləri dissertasiya işlərinin qısa zaman müddətində tamamlanması üçün tövsiyələrini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.