Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Nizami Muzeyinin doktorant və dissertantları üçün maarifləndirici seminar keçirilib
23.02.2021 12:47
  • A-
  • A
  • A+

Nizami Muzeyinin doktorant və dissertantları üçün maarifləndirici seminar keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Təhsil şöbəsi tərəfindən muzeyin doktorant və dissertantları üçün maarifləndirici onlayn seminar məşğələsi keçirilib.

Tədbirdə fəlsəfə üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva Ali Attestasiya Komissiyasının dissertasiyaların tərtibi və müdafiəyə təqdimi haqqında qəbul etdiyi yeni qayda və qərarları muzeyin fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorant və dissertantlarının diqqətinə çatdırıb.

Kəmalə Nuriyeva bildirib ki, yeni qaydalara əsasən fəlsəfə doktoru üzrə iddiaçılar yalnız xarici dil və ixtisas fənnindən imtahanlar verəcəklər.

Daha sonra dissertasiya işləri və avtoreferatların həcmi, tərtibi qaydaları, eləcə də müzakirə və müdafiə mərhələləri barədə ətraflı məlumat verilib. Zəruri olan informasiyanı yalnız Dövlət İmtahan Mərkəzinin və Ali Attestasiya Komissiyasının yenilənmiş saytından, həmçinin Nizami Muzeyinin rəsmi veb portalından əldə etmək məqsədəuyğun hesab edilib.

Seminarda elmlər doktorluğu hazırlığı üzrə iddiaçıların elmi nəticələrinin beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərci barədə də fikir mübadiləsi aparılıb.

Müzakirələrdə muzeyin doktorantlarından - Gülnar Əqiq, Dilbər Hüseynova, Dinara Muxtarova, Natavan Bağırova, filologiya üzrə fəlsəfə doktorları Raminə Məmmədova və Əfsanə Məmmədova iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: