Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində Azərbaycanın qədim musiqi mədəniyyəti nümunələri qorunur
01.03.2021 17:05
  • A-
  • A
  • A+

Tarix Muzeyində Azərbaycanın qədim musiqi mədəniyyəti nümunələri qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın XIX - XX əsrlərə aid musiqi mədəniyyəti nümunələri qorunur.

Eksponatlar sırasında görkəmli xanəndə Cabbar Qaryağdı oğluna məxsus qaval, 1887-ci ildə İranın Rəşt şəhərində keçirilən muğam müsabiqəsində qalib gəlmiş görkəmli Azərbaycan tarzəni Mirzə Fərəc Rzayevə hədiyyə edilmiş tar, görkəmli tar ifaçısı və musiqi xadimi Süleyman Mansurova məxsus tar, görkəmli aşıq Aşıq Hüseyn Bozalqanlıya məxsus saz, görkəmli tar ifaçısı və musiqi xadimi Əhməd ağa Bakıxanova məxsus tütək, görkəmli maarifçi və ədib Mirzə Fətəli Axundova məxsus balaban, görkəmli ifaçı və bəstəkar Zülfüqar Hacıbəyova məxsus kamança xüsusi maraq kəsb edir. Burada, həmçinin nadir tərtibatı ilə seçilən və XIX əsrə aid kamança (üzərində “Şuşa, 1881” yazısı ilə), səntur simli alətlər, tütək, tütək-ney, zurna, yastıbalaban, ney nəfəs alətləri, qaval, nağara, qoşa-nağara, dümbək zərb alətləri təqdim edilir. Unikal eksponatlardan biri tanınmış tarzən Qurban Primova məxsus qrammofondur. Qrammofon Varşavanın “Sport-Records” şirkəti tərəfindən hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: