Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.03.2021 17:17
  • A-
  • A
  • A+

GGİ-nin Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilib

GGİ-nin Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Gənc Alim və Mütəxəssislər Şurasının hesabat-seçki yığıncağı keçirilib.

Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Sonra şuranın sədri, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov şuraya rəhbərlik etdiyi dövr ərzində həyata keçirilən işlər haqqında geniş məlumat verib. O, şuranın funksiyası, strukturu, fəaliyyət istiqamətləri və s. ilə bağlı müfəssəl məlumat verib, bu istiqamətdə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq, şuranın yeni tərkibinin formalaşdırılması məsələsi müzakirə edilib. Səsvermə yolu ilə Neftli-qazlı hövzələrin litogenezi şöbəsinin əməkdaşı Fatma Süleymanova müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının yeni sədri seçilib. Həmçinin şuranın yeni elmi katibi və üzvləri də səsvermə yolu ilə müəyyənləşdirilib.

Sonda D.Hüseynov şuraya son 10 il ərzində sədrlik etmiş O.Abbasova səmərəli fəaliyyətinə görə institut rəhbərliyinin təşəkkürünü çatdırıb, həmçinin yeni heyətə uğurlar arzulayıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: