Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Azərbaycan sənətşünaslığının inkişafında müstəsna xidmətləri olan alim
04.04.2021 14:44
  • A-
  • A
  • A+

Azərbaycan sənətşünaslığının inkişafında müstəsna xidmətləri olan alim

Bu gün görkəmli sənətşünas alim, AMEA-nın müxbir üzvü İnqilab Kərimovun anadan olmasından 90 il ötür.

İnqilab Saleh oğlu Kərimov 1931-ci il aprelin 4-də Göyçay şəhərində anadan olub. O, orta təhsilini Göyçay şə­hə­rində alıb, 1953-cü ildə Azərbaycan Teatr İns­titutunun Teatrşünaslıq fakül­tə­si­ni bitir­ib. 1963-cü ildə “Sovet Azərbaycanında gənclər teatrı” mövzusunda namizədlik, 1988-ci ildə “Azərbaycan teatrının yaranması, formalaşması və inkişafı problemləri” mövzusunda doktorluq dissertasi­yalarını mü­­­dafiə edib, 1988-ci ildə professor elmi adı­nı alıb. 2001-ci ildə Azər­bay­can Milli Elmlər Aka­de­mi­ya­sı­nın müx­bir üzvü seçilib.

1957-ci ildən Azər­bay­can SSR Elmlər Aka­de­mi­ya­sı­nın Me­mar­lıq və İncə­sə­nət İnstitutunda çalışmağa başlayan İ.Kə­ri­mov as­pi­rant­lıq­dan şöbə mü­diri vəzifəsinədək yüksəlib. 1985-ci ildən ömrünün sonu­na­dək institutun Teatr, kino və televiziya şö­bə­sinə rəhbərlik edib.

Milli teatrşünaslıq elminin yaradı­cı­la­rın­dan biri hesab edilən İ.Kərimov Azər­bay­can teatrı­nın tarixinə, tənqidinə və nə­zə­­ri məsələlərinə həsr olun­muş 200-ə yaxın el­mi əsərin, o cümlədən 25 monoqrafiya və kitabın müəl­lifi olub. Onun “Azərbaycan pe­şə­kar teat­rının tarixi və inkişaf mərhələləri”, “Azər­baycan teatr tarixi” (I, II cild), “Heydər Əli­yev sənət, sə­nət­karlar və sə­nət­karlıq haq­qın­da”, “Ə.Haq­ver­­di­yev və teatr”, “Azər­bay­can - Türkiyə teatr əla­qələri”, “Azərbaycan teat­rı - 125” və s. fun­da­mental əsərləri Azərbaycan sənət­­şü­nas­lı­ğı­nın inkişafında müs­təs­na rol oynayıb. Gör­kəm­li alim elmi kadr­la­rın hazırlanmasında da bö­yük əmək sərf edib və onun rəhbərliyi altında 15 nəfər fəlsəfə dok­toru elmi dərəcəsi alıb.

İnqilab Kərimov 40 ildən artıq Azər­bay­can Döv­lət Mədəniyyət və İn­cə­­sənət Universitetinin profes­soru vəzifəsində çalışıb, yük­sək ixtisaslı mədə­niy­yət kadr­larının hazırlanmasında böyük xidmət gös­tərib.

Görkəmli alim, eyni zamanda bədii ya­ra­dı­cılıqla da məşğul olub. Onun mü­əllifi ol­du­ğu “Necə qan ağlamasın” adlı hekayələr kitabı, Ba­kı Bələ­diyyə Teatrın­da tamaşaya qoyulmuş “Xə­­ya­nə­­tin müsibəti” faciəsi, tərcü­mə etdiyi və müxtəlif teatrlarda tamaşaya qo­yul­­muş 18 pyes­i Azərbaycan ədə­biy­ya­tı­nı, mil­li teatr və dramaturgiyasını zənginləşdirib.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İnqilab Kərimov 2011-ci il iyulun 22-də Bakı şəhərində vəfat edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: