Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

06.04.2021 14:34
  • A-
  • A
  • A+

Vətən müharibəsi şəhidi Samir Mikayıllıya məxsus materiallar Tarix Muzeyinə təhvil verilib

Vətən müharibəsi şəhidi Samir Mikayıllıya məxsus materiallar Tarix Muzeyinə təhvil verilib

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Samir Mikayıllıya məxsus materiallar AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.

Materiallar şəhidin yaxın qohumu, muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümlü vasitəsi ilə təhvil verilib.

Qeyd edək ki, Samir Sabir oğlu Mikayıllı 1993-cü il yanvarın 1-də Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub. 1999-2008-ci illərdə Ə.Məmmədov adına Salmanbəyli кənd tam orta məкtəbində, 2008-2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

Samir Mikayıllı 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində leytenant hərbi rütbəsində xidmət edib.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Samir Mikayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Mikayıllı Şuşa döyüşləri zamanı şəhid olub və Ağcabədi rayonunda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölkə başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Samir Mikayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Samir Mikayıllı ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: