Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ədəbiyyat İnstitutunun jurnalları beynəlxalq bazaya daxil edilib
09.04.2021 10:05
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun jurnalları beynəlxalq bazaya daxil edilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun jurnallarının beynəlxalq elmi tələblərə uyğunlaşdırılması, müxtəlif indeksləmə bazalarına daxil edilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir.

Bu istiqmətdə əldə olunan növbəti uğur müəssisənin jurnallarının elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan “İdealonline” sisteminə daxil edilməsidir. Həmin bazaya AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin “Filologiya və sənətşünaslıq”, Ədəbiyyat İnstitutunun isə “Müqayisəli ədəbiyyatşünaslıq”, “Poetika.izm”, “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalları daxil edilib.

Qeyd edək ki, “İdealonline” Türkiyədə fəaliyyət göstərən və 920 jurnalın, 124 min 375 məqalənin, 1559 kitabın daxil olduğu bazadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: