Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan Bölməsinin biblioqrafik göstəricisi nəşr olunub
09.05.2021 13:52
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin biblioqrafik göstəricisi nəşr olunub

AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşlarının elmi əsərlərinin 2020-ci il üçün biblioqrafik göstəricisi nəşr olunub.

Kitab Naxçıvan Bölməsinin Rəyasət Heyətinin 18 mart 2021-ci il tarixli qərarı ilə çap olunub. Nəşrin layihə rəhbəri və baş redaktoru bölmənin sədri, akademik İsmayıl Hacıyev, tərtibçisi isə Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovadır.

“Biblioqrafik icmal 2020-ci ilin nəticələrini əks etdirir” adlı yazıda bölmənin elmi göstəriciləri haqqında yığcam məlumat verilib, qrafik təsvir vasitəsilə ötən 4 ilin uğurları müqayisə olunub.

Vəsaitin birinci hissəsində bölmənin elmi əməkdaşlarının 2020-ci il ərzində nəşr edilmiş kitab, monoqrafiya, metodik vəsait, xəritə, buklet, məqalə, tezis və bədii yaradıcılıq nümunələri, həmçinin dövri mətbuatda, internet saytlarında dərc edilən müsahibələri, müxtəlif mövzulu yazıları qeyd edilib. Nəşrin “Köməkçi göstəricilər” başlıqlı ikinci hissəsində müəlliflərin, kitab, monoqrafiya, metodik vəsait və xəritələrin, jurnal, kitab, eləcə də toplularda dərc olunmuş məqalələrin, xarici dillərdə nəşr olunmuş əsərlərin əlifba göstəriciləri ayrı-ayrılıqda verilib.

Biblioqrafik göstəriciyə ümumilikdə 1664 mənbə daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: